2 Avqust 2026, Bazar günü
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu

Xarici futbol

"Mahir Emreli 100 faizli qol şansından yararlana bilmədi"

“Öz meydanımızdakı bərabərlikdən məmnun dedyilik. İlk hissəni hesabda irəlidə tamamlaya bilərdik, amma rəqibə mane ola bilmədik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri millimizin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Konyaspor"un baş məşqçisi Aleksandar Stanoyeviç Türkiyə Superliqasının 28-ci turunda evdə “Antalyaspor”la keçirilən oyundan (1:1) sonra deyib.

O, Mahir Emrelinin 100 faizli qol epizodundan yararalana bilməməsini qeyd edib: "Rəqib ilk yarıda bizdən daha üstün oyun sərgilədi. İkinci yarıda isə Aleksandr Pouzelo və Mahir Emrelini oyuna daxil etməklə matçda dönüş yaratmaq istədik. Ancaq Emreli və Çekici 100 faizli qol epizodlarından yararlana bilmədi. Qələbə qolunu vura bilmədik”.

Qeyd edək ki, "Konyaspor" hazırda 36 xalla (27 oyun) 8-c pillədə qərarlaşıb. Qışda Zaqreb "Dinamo"sundan Konya təmsilçisinə icarə əsasında keçən Mahir bu komandada 4 oyuna çıxıb və hələlik qol vura bilməyib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31