20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

Millimizin üzvünün komandası 9 nəfərlə qalib gəldi

Millimizin üzvü Ozan Can Kökçünün çıxış etdiyi "Eyndhoven" Niderland 1-ci divizionunda 22-ci turun oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, komanda öz meydanında ikinci pillədə qərarlaşan "Herakles"lə qarşılaşıb.

Görüş Ozanın komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 31-ci dəqiqədə hesabda önə keçən "Eyndhoven" 74-cü dəqiqədə meydanda 10, 77-ci dəqiqədə isə 9 nəfərlə qalsa da, sona kimi qələbə hesabını qorumağı bacarıb. 

Start heyətində yer alan Ozan Can Kökçü 84-cü dəqiqədə Rodriqo Pedrosa ilə əvəzlənib. 

Bu qələbə sayəsində xallarının sayını 39-a çatdıran "Eyndhoven" üçüncü pillədə qərarlaşıb. Komanda "Herakles"dən 5, lider "Zvolle"dən isə 11 xal geri qalır. 

Qeyd edək ki, əsasnaməyə əsasən, ilk iki pillənin sahibi birbaşa yüksək liqaya vəsiqə qazanır. 3-8-ci yerləri tutanlar isə pley-off oyunlarında 1 vəsiqə uğrunda mübarizə aparır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30