7 Avqust 2026, Cümə
“Qarabağ” “Dinamo”ya məğlub oldu
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi

Xarici futbol

"Nant" Bakıda

"Nant" Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"la matç üçün Bakıya gəlib.

Futbolxeber.az saytının məlumatına görə, Fransa təmsilçisini daşıyan şəxsi təyyarə ötən gün axşam saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Bu, Avropa Liqasının 2022/23 mövsümündəki ən uzaq səfərlərindən olub. Ölkələr arasındakı məsafə 4,118 km-dir.

"Nant"ın baş məşqçisi Antuan Kambuare bu gün saat 17:15-də mətbuat konfransı təşkil edəcək. 18:00-da isə Liqa 1 klubu oyundan öncə son məşqini keçirəcək. "Nant" görüşdən dərhal sonra Fransaya qayıdacaq.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq "Qarabağ" - "Nant" qarşılaşması saat 20:45-də başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31