3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Xarici futbol

"Beşiktaş" 4, Biliç 3, Melo 2 oyunluq cəzalandı

Türkiyə Futbol Federasiyası Superliqanın V turu çərçivəsində keçirilən və azarkeşlərin meydana daxil olması səbəbindən 90+3-cü dəqiqədə yarımçıq dayandırılan 333-cü “Beşiktaş” - “Qalatasaray” (1:2) derbisi ilə bağlı cəzaları açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, Atatürk Olimpiya Stadionunda keçirilən qarşılaşmada “Beşiktaş” ev sahibi komanda olduğu üçün kluba 4 matç azarkeşsiz oynama cəzası verilib. Digər tərəfdən oyun davam edərkən hakimə etirazları səbəbindən tribunaya göndərilən “ağ-qaralar”ın baş məşqçisi Slaven Biliç isə 3 oyunluq cəzalandırılıb.

Rəqibə sərt şəkildə müdaxilə edən və qırmızı vərəqə alan “Qalatasaray”ın braziliyalı futbolçusu Felipe Melo isə 2 oyun komandasına kömək edə bilməyəcək.

Bundan başqa "Beşiktaş" ümumilikdə 73 min, "Qalatasaray" isə 13 min lirə həcmində cərimələnib. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31