3 Avqust 2026, Bazar ertəsi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu

Xarici futbol

AVRO-2020: İTALİYA ÇEMPİON!

Avro-2020-nin qalibi müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, finalda İtaliya və İngiltərə milliləri üz-üzə gəlib.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib.

Penaltilər seriyasında 3:2 hesabı ilə qalib gələn İtaliya turnirin qalibi olub və tarixində ikinci dəfə (ilk dəfə Avro-1968) Avropa çempionatını qazanıb.

İngiltərə isə  tarixində ilk dəfə final görüşünə çıxıb.

Xatırladaq ki, Avro-2020 Bakı da daxil olmaqla Avropanın 11 şəhərində keçirilib.

AVRO-2020

Final

11 iyul

İtaliya - İngiltərə 1:1 - pen: 3:2

Qollar: Lyuk Şou, 2 (0:1), Bonuççi, 67 (1:1)

Baş hakim: Byörn Kuypers (Niderland)

London. “Uembli” stadionu

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31