11 May 2026, Bazar ertəsi
Yuri Vernidubdan qələbə şərhi
Berdiyev: “Heyət güclənməlidir”
“Qalib gəlmək üçün ölməlisən”
"Sumqayıt"ın futbolçusu mükafatlandırıldı

Xarici futbol

Şenol Günəş Bakıda keçiriləcək oyunlardan danışdı

Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Bakıda keçirəcəkləri AVRO-2020-nin oyunları barədə danışıb.
 
Futbolxəbər.az saytının məlumatına görə, 69 yaşlı mütəxəssis 2019-cu ilin dekabrında Azərbaycan paytaxtına etdiyi səfəri zamanı məşq üçün stadionları axtararkən, isti münasibət gördüyünü xatırladıb: "Azərbaycan bizim üçün önəmlidir. Azərbaycanı öz meydanımız kimi görürük. Oyunlara nə qədər tamaşaçının gələcəyini bilmirəm, amma bu baxımdan üstünlüyümüzün olacağını düşünürəm. Türkiyə - Azərbaycan əlaqələri son dönəmdə daha da yüksək səviyyəyə qalxıb. Meydanda bizi dəstəkləyən o azarkeşlərə yaxşı oyunla gözəl nəticələr verməyimizin gərəkliyini düşünürəm".
 
Qeyd edək ki, ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək Türkiyə yığması iyunun 16-da Uels, iyunun 20-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31