8 Noyabr 2025, Şənbə
Sxadadze azarkeşlərdən üzr istədi
Saşa İliç qələbəni şərh etdi
Millimiz Özbəkistaba məğlub oldu
Kadi uzun müddətə sıradan çıxdı

Xarici futbol

Tokio-2020-nin ləğvi üçün 350 min imza

Tokio-2020-nin ləğvini dəstəkləyən petisiya üçün Yaponiyada 350 mindən çox imza toplanılıb.
 
Futbolxəbər.az saytının məlumatına görə, petisiya "Change.org" onlayn platformasında yaponiyalı hüquqşunas və siyasətçi Kenci Utsunomiya tərəfindən başladılıb.
 
O, mətbuat konfransında fəaliyyətlərinə davam etmək istədiklərini söyləyib: "Bir həftədən çox müddətdə bu qədər tərəfdar toplamağı bacardıq. Bu, məni çox ruhlandırdı. Mövzu ölkədə və xaricdə geniş rezonans doğurdu. Oyunların ləğv edilməsini istəyirik".
 
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30