2 Aprel 2025, Çərşənbə
II Liqada XIX tura start verildi
“Neftçi”, sabaha saxlama!
Kubok üçün hakim təyinatları
“Zirə” “Şamaxı”ya qalib gəldi

Xarici futbol

Nuriyev Premyer Liqanın bombardilərin yarışında zirvəyə şərik oldu

Ukrayna Premyer Liqasında 22-ci turun oyunları keçirilir.

Futbolxeber.az saytının məlumatına görə, Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin çıxış etdiyi “Minay” bu turda “Desna”nı qəbul edib və 3:1 hesablı qələbə qazanıb.

Bu qələbədə azərbaycanlı futbolçuların böyük payı olub. Nuriyev görüşdə dubl edib. O, qollardan birini penaltidən vurub, digər qolu isə Əhmədzadənin ötürməsindən sonra vurub.

Rüstəm 66-cı dəqiqədə əvəzlənsə də, Anatoli 90 dəqiqə meydanda olub.

Nuriyev dubl etməklə bu mövsüm Ukrayna çempionatındakı qollarının sayını 10-a çatdırıb. O, Vladislav Kulaç ("Vorskla") və Viktor Tsıqankovla ("Dinamo", Kiyev) birlikdə bombardirlik yarışında ilk 3 sıranı bölüşdürür.

Qeyd edək ki, "Minay" 22 turdan sonra 18 xalla 14 komanda arasında 12-ci pillədə qərarlaşıb. 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30