26 Avqust 2026, Çərşənbə
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı

Xarici futbol

İlin ən yaxşısı - Robert Levandovski

FİFA 2020-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, bu ada Almaniya "Bavariya"sının futbolçusu Robert Levandovski sahib çıxıb.

Polşalı hücumçu İtaliya "Yuventus"undan Kriştianu Ronaldu və İspaniya "Barselona"sından Lionel Messini üstələyib.

Levandovski bu il "Bavariya"nın heyətində Almaniya çempionu, ölkə Superkuboku, Çempionlar Liqası və UEFA Superkubokunun qalibi olub. O, həmçinin, 34 qolla ardıcıl üçüncü mövsüm Bundesliqanın, 6 qolla ardıcıl dördüncü mövsüm Almaniya Kubokunun və 15 qolla ilk dəfə Çempionlar Liqasının bombardiri olub.

Qeyd edək ki, Robert Levandovski karyerasında ilk dəfə "The Best" mükafatını qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31