9 Avqust 2026, Bazar günü
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Xarici futbol

"Qarabağ"a qarşı oynamayacağı dəqiqləşdi

"Vilyarreal"ın futbolçusu Pako Alkaser Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la oyunu buraxacaq.

Futbolxeber.az saytının məlumatına görə, buna səbəb onun La Liqanın 12-ci turunda "Elçe" ilə matçda (0:0) zədələnməsidir.

Tibbi müayinədən keçən İspaniya millisinin üzvünün bud əzələsində yırtıq aşkarlanıb. 27 yaşlı hücumçunun bərpa müddətinin zədəsinin vəziyyətindən asılı olacağı bildirilib. Bu isə deməkdir ki, o, ən azı "Qarabağ"la görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Vilyarreal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31