8 May 2026, Cümə
Ninkoviçin qolu ən yaxşısı seçildi
Ronaldo 971-ci qolunu vurdu
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu

Xarici futbol

Platini: "İnfantino istefa verməlidi"

"Sui-qəsdin qurbanı olduğum həqiqəti mənə bəllidir".

Futbolxeber.az saytının məlumatına görə, bunu UEFA-nın sabiq prezidenti Mişel Platini ölkəsinin mətbuatına müsahibəsində deyib.

Fransız funksioner hesab edir ki, 2016-cı ildə FIFA sədrliyi səs çoxluğu ilə ona verilməli idi: "Görünür, İnfantino mənim prezidentlik yarışından kənarlaşdırılacağımı təmin etmək üçün 2015-ci ilin yayının əvvəlində yaranmış vəziyyətdən məharətlə istifadə edib. O, FIFA prezidentliyi vəzifəsindən istefa verməlidir".

Qeyd edək ki, Mişel Platini 2007-2015-ci illərdə UEFA-ya rəhbərlik edib. O, 2015-ci ilin dekabrında rüşvət qalmaqalına görə FIFA Etika Komitəsinin Arbitraj Palatasının qərarı ilə 8 il müddətinə futboldan kənarlaşdırılıb. Daha sonra onun cəzası 4 ilə endirilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31