1 Noyabr 2025, Şənbə
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Qarabağ" "İmişli"yə qarşı
"Kəpəz" 10 min manat cərimələndi

Xarici futbol

“Qəbələ”nin sabiq üzvü dubl etdi, komandası Hindistan çempionu oldu

Hindistan çempionatında mövsümə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, çempionluq uğrunda həlledici görüşdə ATK və “Chennaiyin” üz-üzə gəlib. 3:1 hesablı qələbə qazanan ATK çempion olub.

Bu komandaya qələbə gətirən qollardan ikisini Fransisko Xavyer Ernandes Qonzales vurub. Qısaca Havi Ernandes adlandırılan ispan yarımmüdafiəçi azərbaycanlı futbolsevərlərə tanışdır.

Belə ki, 30 yaşlı futbolçu 2017-ci ilin yayında “Qəbələ” ilə 1+1 illik müqavilə imzalamışdı. Lakin təmsilçimiz Avroliqada mübarizəni dayandırdıqdan sonra Havi Ernandes “Qəbələ”dən ayrılaraq yenidən Polşaya, bu dəfə “Krakoviya”ya transfer olunmuşdu.

Qeyd edək ki, “Real”ın yetirməsi olan Xavi Ernandes məşhur futbolçu Qutinin əmisioğludur.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30