24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Xarici futbol

“Atletiko”nun yarımmüdafiəçisi “Tottenhem”in hədəfində

“Tottenhem” heyətini “    Atletiko”nun yarımmüdafiəçisi Tomas Lemarla gücləndirməyi planlaşdırır.

Futbolxeber.az saytının “The Independent”ə istinadən verdiyi məlumata görə, London klubu 24 yaşlı futbolçunu yanvarda 6 milyon avroya icarəyə götürməyi, daha sonra isə 60 milyon avro ödəməklə yayda onu birdəfəlik heyətinə qatmaq istəyir.

2018-ci ilin yayında “Monako”dan “Atletiko”ya transfer olunan Lemar özü də klubunu dəyişmək arzusundadır. Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone də bildirib ki, fransız futbolçu hazırkı klubunda ümidləri doğrultmayıb.

Qeyd edək ki, Lemar cari mövsüm La Liqada meydana çıxdığı 15 oyunda nə qol vurub, nə də məhsuldar ötürmə müəllifi olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31