4 Fevral 2026, Çərşənbə
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir

Xarici futbol

Nazarovdan Almaniyada yeni rekord

Millimizin və Almaniyanın “Aue”nin yarımmüdafiəçisi Dmitri Nazarov yeni rekorda imza atıb.

Futbolxeber.az saytının məlumatına görə, 29 yaşlı futbolçunun rekordu 2-ci Bundesliqa 10-cu turunda "Nürnberq"lə oyunda qeydə alınıb.

Nazarov “Aue”nin 4:3 hesabı ilə qalib gəldiyi qarşılaşmada komandasının ilk qolunu 62-ci dəqiqədə penaltidən vurub. Bu komandada 12-ci dəfə penaltini yerinə yetirən oyunçu dəqiq zərbələrinin sayını 11-ə çatdırmaqla sabiq “Aue”li Yorq Emmerixə məxsus penalti rekordunun yenilənməsi ilə nəticələnib. 2003-2008-ci illərdə Aue təmsilçisində çıxış edən Yorqun aktivində 10 penalti var.

Qeyd edək ki, 2016-cı ildən “Aue”də çıxış edən Dmitri Nazarov bu mövsüm 2-ci Bundesliqada 10 oyuna 5 qol vurub.

     








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28