2 Avqust 2026, Bazar günü
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu
“Neftçi” qələbə qazansa da...

Xarici futbol

"Dinamo"nun idman direktoru: "Ramilə birinci qolu vurmaq lazımdır"

Moskva "Dinamo"sunun idman direktoru Roman Oreşuk bu yay transfer etdikləri millimizin hücumçusu Ramil Şeydayev haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, klub rəsmisi 23 yaşlı futbolçuya inandıqlarını bildirib:

"Şeydayevin potensialının aşağı olduğunu düşünmürəm. Sevinirəm ki, Lutsenko və Markov qolları ilə fərqlənirlər. Şeydayevə isə sadəcə birinci qolu vurmaq lazımdır. O da bunu edəcək. Özünün buna görə necə narahat olduğunu görürəm. Biz Ramilə inanırıq, o, "Dinamo" üçün qollar vuracaq. Bunun vaxtı var. Təlaş keçirmək yox, nəfəs almaq və düşünmək lazımdır. Hazırkı düşüncəsindən qurtulmalıdır. Hədəflərin özü gələcək".

Qeyd edək ki, R.Şeydayev Rusiya Premyer Liqasında oynadığı ilk 6 turda qol vura bilməyib. O, son iki matçda ehtiyatda qalıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31