7 Noyabr 2026, Şənbə
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı

Xarici futbol

Millimizin sabiq üzvünün oğlu "Rubin"də

Milli komandamızın sabiq üzvü Badri Kvaratsxeliyanın oğlu Xviço Kvaratsxeliya komandasını dəyişib.
 
Futbolxeber.az saytının məlumatına görə, 18 yaşlı yarımmüdafiəçi karyerasını "Rubin"də davam etdirəcək. Bu barədə Kazan təmsilçisinin rəsmi saytı məlumat yayıb. Ancaq müqavilənin detalları barədə açıqlama verilməyib. Gənc futbolçu artıq yeni komandasının düşərgəsində məşqlərə başlayıb. Kvaratsxeliya Gürcüstanın gənclər millisinin də üzvüdü.
 
"Kəpəz” və "Şəmkir”in sabiq futbolçusu olan Badri Kvaratsxeliya 2000-ci ildə Azərbaycan millisinin heyətində 3 oyuna çıxıb. O, 1999/2000 mövsümündə "Şəmkir” forması ilə vurduğu 16 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30