14 Noyabr 2026, Şənbə
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Xarici futbol

"Ümid edirəm ki, tezliklə Messi karyerasını bitirəcək"

“Real”ın sabiq futbolçusu Alvaro Arbeloa “Barselona” və Messiyə münasibətindən danışıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Arbeloa “Barselona”ya məğlubiyyət arzuladığını etiraf edib. O, Messinin oyunundan zövq almadığını da vurğulayıb:
 
“Mən “Barselona”nın əleyhinə deyiləm, onlara sadəcə, məğlubiyyət arzulayıram. Çünki belə olsa, “Real” üçün daha yaxşı olacaq.
 
İstəyirəm ki, kataloniyalılar Çempionlar Liqasında növbəti mərhələyə adlamasınlar. Belədə əsas rəqiblərdən biri azalacaq. Mən “el kalsiko”nun iştirakçısı olmuşam. Zidanın Luis Enrikenin boynundan necə yapışdığını görmüşəm.
 
“Barselona”ya hörmət edirəm, həqiqətən də əla komandadı. Onların Messi kimi fantastik futbolçusu var. Möhtəşəmdi, ancaq onun oyunundan heç vaxt zövq almamışam, ala da bilmərəm. Ümid edirəm ki, o, tezliklə karyerasını bitirəcək. Bunu görmək üçün günləri sayıram”.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30