9 Avqust 2026, Bazar günü
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Xarici futbol

Millimizin üzvləri “Beşiktaş”ın əsas heyətində meydana çıxdılar

21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Hüseyn Seyliqli "Beşiktaş"ın əsas heyətində növbəti oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, “Qara qartal”ın Hollandiyanın "Helmond Sport"la yoxlama oyununda (1:0) iştirak edən mərkəz müdafiəçisi "Afyonspor"la matçda da meydana çıxıb.

Start heyətində yer alan Seyliqli ilk yarıdan sonra əvəzlənib. O, 44-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

U-19 yığmamızın sabiq üzvü Ege Atlam isə 86-cı dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, sözügedən oyun "Beşiktaş"ın 5:1 hesablı qələbəsi ilə başa çatıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31