26 May 2026, Çərşənbə axşamı
Murad Məmmədov "Pafos"a keçdi
“Neftçi” iki legionerlə vidalaşdı
Saşa İliç “Sumqayıt”dan getdi
Zakaria Savon rəsmən “Qarabağ”da

Xarici futbol

UEFA ən yaxşı bombardiri açıqladı

UEFA-nın keçirdiyi yığma və klub səviyyəli bütün turnirlərin ən yaxşı bombardiri açıqlanıb.
 
Futbolxeber.az saytının məlumatına görə, bu, Hollandiya millisinin və "Çelsi"nin hücumçusu Dayşon Redandı.
 
Redanın fevralda 17 yaşı tamamlanıb. O, il ərzində 19 qol vurub ki, bunlardan 8-i UEFA Gənclər Liqasında, 5-i Hollandiyanın U-19, 6-sı isə Avropa çempionu olan U-17 yığmasında qeydə alınıb.
 
İkinci yeri Hollandiyanın U-17 millisinin digər üzvü Nikita Tromp tutub. "Ayaks"da çıxış edən forvard 15 qola imza atıb. Üçüncü pillədə isə 13 qolla Bosniya və Herseqovina millisi ilə "Roma"nın ön xətt oyunçusu Edin Ceko qərarlaşıb.
 
Dayşon Redan "Çelsi"yə 2017-ci ilin yayında "Ayaks"dan keçib. O, London komandasına UEFA Gənclər Liqasının finalınadək irəliləməkdə yardımçı olub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31