19 Dekabr 2025, Cümə
Şahruddin əməliyyat olundu
Vernidub: "Mən sehrbaz deyiləm”
"Neftçi" qələbəni əldən verdi
AFFA klubları soyur! - ARAŞDIRMA

Xarici futbol

Qriqorçuk "Astana"ya qayıdır?

Ukrayna mətbuatında “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun “Astana”ya qayıdacağı ilə bağlı xəbərlər yayılıb.

Futbolxeber.az-ın “footboom.com” saytına istinadən verdiyi məlumata görə, ukraynalı mütəxəssisin yaxın vaxtlarda yenidən öz işinin başına dönəcəyi, hazırda onun səlahiyyətlərini yerinə yetirən Qriqori Babayanın əvvəlki kimi köməkçi məşqçi olacağı bildirilib.

Yayılan məlumatla bağlı açıqlama verən “Astana”nın mətbuat xidməti məsələyə komandanın Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunun “Renn”lə səfər oyunundan sonra aydınlıq gələcəyini vurğulayıb: “Komandanı “Renn”lə oyuna Qriqori Babayanın başçılıq etdiyi məşqçilər korpusu hazırlaşdırır. Avroliqanın qrup mərhələsinin matçları başa çatdıqdan sonra Roman Qriqorçukun hansı tarixdə öz vəzifəsinə qayıdacağı ilə bağlı məlumat veriləcək".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31