24 Sentyabr 2026, Cümə axşamı
“Neftçi” Cavadovu təbrik etdi
Ayxan Abbasovdan qələbə şərhi
Millimiz Tacikistana qalib gəldi
“Kasıblar”ın lideri – “Şamaxı”

Xarici futbol

"Komandamızın oyunundan razı qaldım"

"Komandamızın oyunundan razı qaldım. Gözəl futbol sərgilədik. Bu, "Sportinq"lilərin görmək istəyi oyundur, lakin daha da inkişaf etməliyik". 
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Portuqaliyanın "Sportinq" klubunun prezidenti Frederiko Varandes Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə "Qarabağ"a böyük hesabla qalib gəldikləri matçı dəyərləndirərkən deyib.  
 
Klub prezidenti daha çox gənc oyunçular barədə danışıb, onların "Sportinq"i uğurlu gələcəyə apacaqlarını söyləyib: "Ortaya qoyulan oyun və nəticə sevindiricidir. Akademiyamızın bir neçə yetirməsi "Qarabağ"la qarşılaşmada iştirak etmək hüququ qazandı. Onlar "Sportinq"in uğurlu gələcəyinin olduğunu göstərdilər.  İlk hədəf qrupdan çıxmaq idi ki, bunu həyata keçirə bildik. Avropa Liqasında uzun yol qət etmək istəyirik".







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30