7 Noyabr 2026, Şənbə
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı

Xarici futbol

Dadaşov qol vurdu, komandası qalib gəldi

Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 26-cı turun oyunları keçirilib. Futbolxeber.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Auerbax” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
 
Rüfət də bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan Dadaşov sonadək oynayıb. Komandasının qələbə qolunu da futbolçumuz vurub. Belə ki, o, 86-cı dəqiqədə matçda son nöqtəni qoymaqla komandasına əzmkar qələbə qazandırıb.
 
Bununla da Rüfət cari mövsümdə vurduğu qolların sayını 20-yə çatdırıb.
 
"Dinamo" hazırda 43 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30