22 Mart 2026, Bazar günü
Yuri Vernidub: “Borcumuzu qaytarmalıydıq”
“Neftçi”nin hücumçusu mükafatlandırıldı
Azər Bağırovdan qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı

Xarici futbol

“Qarabağ”da gözlənilməz istefa

Avstriyada azərbaycanlılar tərəfindən yaradılmış “Qarabağ” (Vyana) klubunda gözlənilməz baş məşqçi istefası qeydə alınıb. Futbolxeber.az xəbər verir ki, Avstriyanın Şərq Regional Liqasında mübarizə aparan komandanın baş məşqçisi Volkan Kahraman istefa verdiyini açıqlayıb.
 
Klub rəhbərliyi ilə görüşən türkiyəli mütəxəssis qarşılıqlı razılıq əsasında Vyana təmsilçisindən ayrılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Qeyd edək ki, “Qarabağ”da azərbaycanlı futbolçular da çıxış edirlər. Dmitri Nağıyevlə Elvin Bədəlov ötən ilin yayından bu klubun şərəfini qoruyursa, Emil Fərzəliyev bu qış transfer dönəmində Vyana təmsilçisinə keçib.
 
“Qarabağ” hazırda Avstriyanın gücünə görə üçüncü dərəcəli çempionatı sayılan Şərq Regional Liqasında 27 xalla 7-ci pillədə qərarlaşıb və liderdən 10 xal geri qalır. 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31