19 Dekabr 2025, Cümə
Kurban Berdıyevdən qələbə şərhi
“Qarabağ” 10 min manat cərimələndi
XVl turun hakim təyinatları
UEFA reytinqində gerilədik

Xarici futbol

"Qarabağ Vyana" futbol klubu yeni stadiona qovuşub

Avstriyada fəaliyyət göstərən "Qarabağ Vyana" futbol klubu yeni stadiona qovuşub. Klubun baş direktoru Ramin Şükürovun verdiyi məlumata görə, klub ev oyunlarını "Rudolf Ton" arenasında keçirəcək.
 
Bununla əlaqədar klub rəhbərliyi - vitse-prezident Manfred Modli, operativ menecer Kristian Tonxofer və R.Şükürov ilə Şvexat şəhərinin meri Karin Bayer və ştadtratı (İdman İdarəsinin rəisi) Kristian Habisohn arasında müqavilə bağlanılıb. Klub rəsmiləri bu anlaşmanı "Qarabağ Vyana" üçün əlamətdar hadisə kimi dəyərləndirib.
 
Qeyd edək ki, Rudolf Ton stadionu 24 may 1980-ci ildə tikilib. 7 min tamaşaçı tutumuna malik arenanın inşası 11,7 milyon avroya başa gəlib. Əsasən, atletika yarışları üçün nəzərdə tutulan stadion 2001-ci ildən Şvexat şəhərinin keçmiş meri Rudolf Tonun adını daşıyır.

report






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31