6 Noyabr 2026, Cümə
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi

Xarici futbol

DÇ Qətərdən alına bilər

2022-ci ildə futbol üzrə Dünya Çempionatına ev sahibliyi etməli olan Qətərin əlindən bu hüquq region ölkələri arasındakı münaqişəyə görə alına bilər.
 
Futbolxeber.az xəbər verir ki, Səudiyyə Ərəbistanı, Yəmən, BƏƏ, Misir, Bəhreyn və Mavritaniya Qətərin terrorizmi dəstəkləməsi ittihamı ilə FİFA-ya birgə məktub yazıblar.
 
Məktubda qeyd olunub ki, Qətərin özü "terrorçuların bazası" olduğundan ölkə Dünya Çempionatını lazımi səviyyədə keçirə və azarkeşlərin təhlükəsizliyini tam təmin edə bilməz. Vurğulanıb ki, FİFA adıçəkilən ölkələrin tələblərini yerinə yetirməsə, onlar turniri baykot edəcəklər.
 
Qeyd edək ki, Qətər Dünya Çempionatına ev sahibliyi etmək hüququnu 2010-cu il dekabrın 2-də alıb. İlkin sifarişdə 12 stadion göstərilsə də, sonradan bu rəqəm FİFA tərəfindən nəzərədə tutulan minimuma - 8-ə qədər azaldılıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30