3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Xarici futbol

Əfsanəvi məşqçi: "Roma" Qarabağ"a "Real" kimi yanaşmalıdır"

"Roma" "Qarabağ"la keçirəcəyi qarşılaşmaya özünü "Real"la görüşəcəkmiş kimi hazırlamalıdır. Əks halda, BATE aqibəti yaşana və bu da utanc ola bilər".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu məşhur italiyalı məşqçi Arriqo Sakki Çempionlar Liqasının II tur matçından əvvəl "La Gazzetta dello Sport"dakı məqaləsində yazıb. Təcrübəli mütəxəssisin fikrincə, "Qarabağ" "Roma" kimi komanda ilə qarşılaşacağı üçün narahatlıq keçirməməli, əksinə, İtaliya təmsilçisi matça daha ciddi yanaşmalıdır.
 
"Roma"nın hamı üçün "canavarlar" kimi qəbul olunduğunu deyən Sakki "sarı-qırmızılar"ın layiqli qələbə üçün əlindən gələni edəcəyinə əminliyini dilə gətirib.
 
Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlanacaq. "Roma" Çempionlar Liqasında 2015-2016 mövsümündə Belarus BATE-sinə səfərdə 2:3 hesabı ilə uduzub, evdə isə qolsuz bərabərliklə kifayətlənib. Arriqo Sakki isə əvvəllər İtaliya milli komandasının, eləcə də bir çox tanınmış yerli klubun və İspaniya "Atletiko"sunun baş məşqçisi olub.  







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31