3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Xarici futbol

“Öz meydanımızda “Qarabağ”a qalib gələcəyik” - Uroş Matiç

“Qarabağ” təxminən gözlədiyimiz kimi oynadı”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kopenhagen”in serbiyalı futbolçusu Uroş Matiç deyib.

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”ın qonağı olan Danimarka təmsilçisi 0:1 hesabı ilə uduzub.

Klubun saytına açıqlama verən Matiç oyun haqda danışıb: “Bir saat ərzində rəqibin qol imkanları çox olmadı. Sadəcə, əks-hücumlarla yadda qaldılar. Fasilədən sonra isə oyun dəyişdi. Amma bu hələ ilk görüş idi”.

27 yaşlı yarımmüdafiəçi avqustun 23-də keçiriləcək cavab matçında “Qarabağ”a qalib gələcəklərini deyib: “Bizi daha bir 90 dəqiqə gözləyir. Yola davam etmək şansımız qalmaqdadı. Öz meydanımızda “Qarabağ”a qalib gələcəyik. Çünki evdə rəqiblərimizdən çox üstün oynayırıq. Bunu “Vardar”la görüşdə də sübut etdik. Həmin komandaya da səfərdə 0:1 hesabı ilə uduzmuşduq və cavab qarşılaşmasında vəziyyəti dəyişməli idik. Missiyanın öhdəsindən gəldik. “Qarabağ”la evdəki görüşə də 100 faiz hazır olacağıq. Çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün sonuncu addımı atmalıyıq”.


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31