19 Avqust 2026, Çərşənbə
"Neftçi"də serbiyalı vinger
"Qarabağ" "Şamaxı"ya qalib gəldi
"Qarabağ" Cəfərquliyevi itirdi
“Neftçi”nin 25 il gözlədiyi start

Xarici futbol

"Qarabağ" klubunda ilk azərbaycanlı futbolçu

Vyananın "Qarabağ" adlı klubu yeni mövsümə hazırlığı davam etdirir. Futbolxeber.az saytının məlumatına görə, Stadtliga-nın başlanmasına 10 gün qaldığı müddətdə "Qarabağ" baxışa yeni futbolçular dəvət edib. Heyətini gəncləşdirmək barədə düşünən Vyana komandası artıq ilk transferini rəsmiləşdirib. Klub baxışda olan azərbaycanlı Orxan Qocayevlə müqavilə imzalayıb. Gənc futbolçu əsas heyətlə məşqlərdə iştirak etməsinə baxmayaraq yeni mövsümdə ilk 5 həftə “B” komandasında meydana çıxacaq.

Qeyd edək ki, bu mövsüm azərbaycanlıların yaratdığı “Qarabağ” futbol klubu Avstriyanın II Landesliqasında çempion olub. Klub Azərbaycan və Avstriya arasında dostluq münasibətlərini möhkəmləndirmək məqsədi ilə yaradılıb. Vyana klubunun idarə heyəti 4 Azərbaycan və 2 Avstriya vətəndaşından ibarətdir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31