9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Xarici futbol

Hafiz Məmmədovun komandasından mühüm qələbə

Fransa ikinci liqasında 25-ci tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu “Lans” səfərdə “Tur”un qonağı olub. Matç “Lans”ın 1:0 hesablı qələbəsi ilə tamamlanıb. Hafiz Məmmədovun komandasına qələbə gətirən yeganə qolu görüşün 90-cı dəqiqəsində Cyprien vurub. Bununla da ardıcıl ikinci qələbəsini qazanan “Lans” xallarının sayını 40-a çatdırmaqla turnir cədvəlində beşinci pilləyə yüksəlib.

Qeyd edək ki, “sarı-qırmızılılar” hazırda lider “Dijon”dan cəmi 8 xal geri qalır. Liqa 1-ə vəsiqə verən ilk “üçlük”dən isə “Lans”ı cəmi 3 xal ayırır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31