Xarici futbol
“Golden Foot”un yeni sahibi “Antalyaspor”lu oldu
Ötən həftə Monako Knyazlığında “Golden Foot”un (“Qızıl ayaq”) 13-cü dəfə təşkil olunan ənənəvi mükafatlandırma mərasimi baş tutub. Futbolxeber.az-ın məlumatına görə, üçüncü dəfə sözügedən mükafata Türkiyə çempionatında çıxış edən futbolçu layiq görülüb. “Antalyaspor”un kamerunlu hücumçusu Samuel Eto’o 2015-ci ilin “Golden Foot”una sahib çıxıb. 34 yaşlı futbolçunun karyerasına nəzər salsaq, iki dəfə “Barselona” (2006, 2009), bir dəfə də “İnter”lə (2010) Çempionlar Liqasının, bir dəfə “İnter”lə (2010) klubların dünya çempionatının, Kamerun millisi ilə iki dəfə Afrika Millətlər kubokunun (2000, 2002) və bir dəfə Olimpiya Oyunlarının (2000) qalibi olduğunu, dörd dəfə Afrikanın ən yaxşı futbolçusu seçildiyini (2003, 2004, 2005, 2010), bir dəfə isə dünyanın ən yaxşı futbolçusu seçimində 3-cü yeri tutduğunu (2005) görərik.
Eto’odan başqa, keçmiş məşhur futbolçulardan SSRİ yığma komandasının və “Spartak”ın sabiq qapıçısı Rinat Dasayev, iki qat dünya çempionu olan (1978, 1986) yeganə argentinalı Daniel Passarella, “Real”, “Barselona” və “Qalatasaray”da oynamış əfsanəvi rumıniyalı Georghe Haci və Fransa millisi ilə 1998-ci ildə dünya, 2000-ci ildə Avropa çempionluğunu qazanan David Trezege isə Monakoda “Futbol əfsanəsi” kimi mükafatlandırılıblar.
Monako şahzadəsi II Albertin himayəsiylə təsis edilən «Golden Foot» idmandakı nailiyyətlərinə, şəxsiyyətinə görə digərlərindən fərqlənən, yaşı 28-dən yuxarı futbolçulara verilir və onu yalnız bir dəfə qazanmaq olar. Mükafatın tərkibində 140 qram qızılın olduğu bildirilir.
Həmçinin «Golden Foot»un sahibi və “Futbol əfsanələri” Monako Knyazlığındakı dəniz sahilində yerləşən “Çempionlar sahili”ndə (“Champions Promenade”) öz ayaq (qapıçılar - əl) izlərini qoyurlar.
Ümumiyyətlə, 2003-cü ildə təsis edilən «Golden Foot» uğrunda mübarizədə İtaliya və Braziliya təmsilçilərinin üstünlüyü var. İndiyə kimi bu mükafata 3 italiyalı (Roberto Bacco, Alessandro Del Pyero, Françesko Totti) və 3 braziliyalı (Ronaldo, Roberto Karlos, Ronaldinyo), həmçinin hərəyə bir dəfə çexiyalı (Pavel Nedved), ukraynalı (Andrey Şevçenko), uelsli (Rayan Giqqs), isveçli (Zlatan İbrahimoviç), kot d’ivuarlı (Didye Droqba), ispaniyalı (Andres İnyesta) və kamerunlu (Samuel Eto’o) sahib çıxıb. Klublara gəlincə, «Golden Foot»u hərəyə 2 dəfə “Yuventus” və “Milan”ın, 1 dəfə isə “Real”, “Breşiya”, “Fənərbağça”, “Roma”, “Mançester Yunayted”, “Paris SG”, “Qalatasaray”, “Barselona” və “Antalyaspor”un oyunçuları qazanıblar.
“Futbol əfsanəsi” kimi mükafatlandırılan keçmiş məşhur futbolçuları (Maradona, Pele, Zidan, Eusebio, Bekkenbauer, Platini, Kantona, Valderrama və b.) da nəzərə alsaq, indiyədək 80-ə yaxın şəxsin mükafanlandırıldığını da qeyd edək.
Yeri gəlmişkən, Monakodakı tədbirdə Azərbaycanı «Golden Foot»un münsiflər heyətinin üzvü Rasim Mövsümzadə təmsil edib.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
04.11.2026
03.11.2026
02.11.2026
























