4 Oktyabr 2026, Bazar günü
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi

Xarici futbol

Yurgen Klopp “Bavariya”nı çalışdıracaq?

Dortmund “Borussiya”sından ayrılan Yurgen Kloppun adı bir çox klubla yanaşı çəkilir. Futbolxeber.az-ın məlumatına görə, alman mütəxəssisin xidmətində maraqlı olan klublardan biri “Napoli”dir. Cari mövsüm başa çatdıqdan sonra Rafael Beniteslə vidalaşmağı planlaşdıran İtaliya təmsilçisi ispan mütəxəssisin gedişini Kloppla sığortalamaq istəyir.

Almaniya mətbuatında isə 47 yaşlı məşqçinin “Bavariya”nı çalışdıra biləcəyi haqda iddialar var. Belə ki, Qvardiolanın rəhbərliyi altında komanda ardıcıl ikinci il Çempionlar Liqasında istədiyi nəticəni qazana bilmir. Bu səbəbdən də yayda Qvardiolanın Münhen klubunu tərk edə biləcəyi iddia edilir. Bu baş verərsə, “Bavariya”da Qvardiolanı məhz Kloppun əvəzləyəcəyi qeyd olunur. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31