9 Oktyabr 2026, Cümə
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları
“Şahdağ Qusar”dan darmadağın

Xarici futbol

Azərbaycan klublarının bəyənmədiyi futbolçunu “Qalatasaray” transfer etmək istəyir

“Qalatasaray” Moskva “Lokomotiv”inin şərəfini qoruyan Umar Niasseni transfer etmək istəyir. Futbolxeber.az-ın məlumatına görə, seneqallı futbolçu artıq İstanbula yollanaraq, klub nümayəndələri ilkin danışıqlar aparıb. Qış transfer pəncərəsi zamanı keçidin reallaşacağı gözlənilir. Niassenin transferində “Cim-Bom”un yeni baş məşqçisi Hamza Hamzaoğlu maraqlıdır. Niasse daha əvvəl “Akhisar Belediyyespor”da Hamzaoğlunun rəhbərliyi altında çıxış edib.

Qeyd edək ki, Umar daha əvvəl “İnter” və “Qəbələ”də çıxış edən, hazırda isə Rusiyanın “Mordoviya” klubunun formasını geyən İbrahima Niassenin qardaşıdır. Menecerlər Umar Niasseni bir müddət əvvəl Azərbaycan klublarına təklif etsələr də, ona yaxın duran olmamışdı.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31