6 Fevral 2026, Cümə
"Yenə də favorit "Qarabağ"dır"
"Neftçi"də braziliyalı vinger?
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb

Xarici futbol

“Qızıl buts” Luis Suaresə təqdim olundu

“Barselona”nın hücumçusu Luis Suares 2013/14 mövsümünün qalibi kimi “Qızıl buts”a sahib çıxıb. Futbolxeber.az-ın məlumatına görə, uruqvaylı forvard ötən mövsüm “Liverpul”un heyətində İngiltərə çempionatında 31 dəfə fərqlənib. Suaresə mükafatı “Liverpul”un sabiq çalışdırıcısı Kenni Dalqliş təqdim edib.

Qeyd edək ki, Suares kimi Ronaldo da ötən mövsümü 31 qolla başa vurub. Bu səbəbdən portuqaliyalı futbolçuya da “Qızıl buts” təqdim olunacaq. Ronaldo gələn ayın sonunda mükafatına qovuşacaq.

Əlavə edək ki, hazırda “Barselona”da çıxış edən Luis Suares cəzalı olduğuna görə rəsmi oyunlarda Kataloniya klubunun heyətində meydana çıxa bilmir. O, oktyabrın 25-də “Real”a qarşı baş tutacaq matçda yenidən meydana qayıda bilər. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28