27 Yanvar 2026, Çərşənbə axşamı
U-21 millimizin üzvü “Səbail”də
“Neftçi”nin yarımmüdafiəçisi “Qaziantep”də
“Qarabağ” Liverpula yollanır
Millimiz Danimarkaya qalib gəldi

Xarici futbol

Migel Di Mariya: “Real”da oğluma söz verilən məbləği ödəmirdilər”

“Real”da Anxelin bacarığını heç vaxt layiqli şəkildə dəyərləndirməyiblər. Onlar sanki oğlumu komandada görmək istəmirdilər. Hər dəfə onun mövqeyinə oyunçu alınırdı. Qaret Beylin transferi buna sübutdur”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Real”ı “Mançester Yunayted”ə dəyişən Anxel Di Mariyanın atası Migel deyib.  

Migel Di Mariya oğlunun Madriddə aldadıldığını qeyd edib: “Real”da oğluma söz verilən məbləği ödəmirdilər. “Real”a keçərkən ona müəyyən məbləğ deyilsə də, sonradan yalnız yarısını ala bildik. Onlar Anxelə heç vaxt 6 milyon avro illik məvacib təklif etməyiblər. Son aldığımız təklif  5 milyon idi. Daha əvvəl isə o, bundan 1,5 milyon az qazanırdı. İndi Anxel “Mançester Yunayted”də xoşbəxtdir. Burada ona layiq olduğu dəyəri verirlər. Madrid klubu aparıcı futbolçusunu itirdi. Hansı ki, Anxel istənilən anda istənilən oyunun taleyini dəyişməyə qadir futbolçudu”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31