7 Noyabr 2026, Şənbə
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı

Xarici futbol

Ançelotti: “Məşqçi kimi qazandığım uğurların sirri ondadır ki...”

“Real”ın baş məşqçisi Karlo Ançelotti karyerasında qazandığı uğurlar barədə danışıb. Futbolxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis sonuncu qələbənin mühüm əhəmiyyət daşıdığını qeyd edib: “Ötən mövsüm Çempionlar Liqasındakı qələbə çox mühüm əhəmiyyət kəsb edirdi. Biz bu mükafatı 10-cu dəfə qazanmağa məcbur idik. Bunu həm klub çox istəyirdi, həm də mən. Tarixə düşmək, “Real”a 10-cu dəfə ÇL-i qazandırmaq böyük qələbədir”.

“Məşqçi kimi qazandığınız uğurların sirri nədədir” sualını isə Ançelotti belə cavablandırıb: “Məşqçi kimi qazandığım uğurların sirri ondadır ki, bunda heç bir sirr yoxdur. Uğur qazanmaq üçün ambisiyalı olmaq, istək və işinə sadiqlik nümayiş etdirməlisən. Hansısa sirdən söhbət gedə bilməz”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30