3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Xarici futbol

İnzagi “Milan”ın baş məşqçisi kimi ildə 700 min avro qazanacaq

Filippo İnzaginin “Milan”ın yeni baş məşqçisi olacağı dəqiqdir. Futbolxeber.az-ın məlumatına görə, İnzaginin rəsmi təqdimetmə mərasimi 3-5 iyun tarixləri arasında keçiriləcək. Mərasimin gecikməsi səbəbsiz deyil. Belə ki, klub rəhbərliyi hələ də sabiq baş məşqçi Klarens Zeedorfla müqaviləni poza bilməyib. Dünən “Milan”ın vitse-prezidenti Adriano Qalliani Zeedorfun vəkili ilə görüşsə də, ortaq məxrəcə gəlmək mümkün olmayıb. “Milan” mümkün qədər az xərcə düşməklə Zeedorfla vidalaşmaq istəyir.

Bu arada İnzaginin yeni iş yerindəki əməkhaqqısı da müəyyənləşib. O, “Milan”ın baş məşqçisi kimi ildə 700 min avro əməkhaqqı alacaq.

Qeyd edək ki, buna qədər çalışdığı gənclər komandasında Superpippo ildə 300 min avro qazanırdı. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31