Xarici futbol
XX mundialın iştirakçıları: AVSTRALİYA
14 gündən sonra Braziliyada sayca XX dünya çempionatı start götürəcək. Futbolxeber.az saytı oxucuları mundial iştirakçıları ilə yaxından tanış edir. Bu dəfə Avstraliya millisindən söhbət açacağıq.
TARİXƏ SƏYAHƏT
1922-ci ildə ilk dəfə bir yerə toplanan Avstraliya millisi Yeni Zelandiyaya turneyə yollandı. Səfər zamanı komanda 3 oyuna çıxdı. Lakin avstraliyalıların “siftə”si heç də yaxşı alınmadı. Komanda keçirdiyi 3 oyunun 2-də uduzdu və yalnız bir heç-heçə ilə yadda qaldı.
Növbəti 25 il ərzində yoxlama oyunlarında gücünü sınayan Avstraliya millisinin rəqibləri əsasən Yeni Zelandiya, Çin və CAR olurdu. Ölkənin coğrafi cəhətdən heç də əlverişli yerdə olmaması Avstraliyanın daha güclü yığmalarla qarşılaşmasına əngəl olurdu.
1974-cü ildə Avstraliya futbolunda yeni səhifə açıldı və komanda tarixində ilk dəfə olaraq dünya çempionatına vəsiqə qazandı. Növbəti belə uğuru avstraliyalılar 30 il gözləməli oldular. Avstraliyanın xeyli müddət mundialdan kənarda qalması səbəbsiz deyildi. Belə ki, FİFA uzun illər Okeaniya yığmalarına birbaşa vəsiqə vermirdi. Zonanın qalibi olan komanda mütləq play-off matçlarında qüvvəsini sınamalıydı. Bu cür oyunlarda isə rəqib adətən Asiya, Cənubi və ya Şimali Amerika təmsilçiləri olurdu. Nəhayət, uzun sürən həsrətdən sonra 2005-ci ildə Qus Hiddinkin rəhbərliyi altında Avstraliya yığması “şeytanın qıçını qırdı”. Komanda play-offda Uruqvay millisini üstələyərək, Almaniyada keçiriləcək dünya çempionatına vəsiqə qazandı.
Daha sonra FİFA-nın qərarına əsasən Avstraliya yığması Asiyada çıxış etməyə başladı ki, bu da komandanın işini xeyli asanlaşdırdı. Təsadüfi deyil ki, hazırda Avstraliya millisi Asiyada ən güclü yığmalardan biri hesab olunur.
UĞURLAR
Avstraliya millisi ən böyük uğurlarını Konfederasiyalar Kubokunda qazanıb. 1997-ci ildə turnirin finalında uduzan avstraliyalılar, 2011-ci ildə də bürünc medala sahib çıxıblar. Bundan başqa komanda 4 dəfə (1980, 1996, 2000, 2004) Okeaniya kubokunun qalibi, 2 dəfə də (1998, 2002) ikincisi olub. 2011-ci ildə isə Avstraliya yığması Asiya kubokunun həlledici matçında məyusluq yaşayıb.
REKORDÇULAR
Avstraliya millisində oyun sayına görə rekordçu qapıçı Mark Şvartserdir. O, 1993-2013-cü illər aralığında yığmada 109 oyuna çıxıb. 2004-cü ildən milliyə dəvət alan Bertt Emerton 95 oyunda (20 qol), 1996-cı ildən milli formanı geyən Lukas Nil isə 92 matçda (1 qol) meydana çıxıb.
Millidə qol sayına görə isə rekord Damian Moriyə (1992-2002) məxsusdur. O, 45 oyunda 29 dəfə fərqlənib. Hazırda yığmada çıxışını davam etdirən Tim Keyhill də 29 qola imza atıb. Lakin Maridən fərqli olaraq o, bu nəticəyə 45 deyil, 65 oyunda imza atıb. 2000-ci ildən milliyə dəvət alan Arçi Tompson 53 oyunda 28, Con Aloizi (1997-2008-ci illər) 55 oyunda 27, millidə çıxışını davam etdirən digər futbolçu Brett Emerton isə 20 qol vurub.
MUNDİLLARDA
1930-1962-ci illər aralığında baş tutan dünya çempionatlarında Avstraliya millisi seçmə mərhələyə qatılmayıb. Növbəti 2 mundialda seçmə mərhələdə uğursuzluğa düçar olan avstraliyalılar bayaq da qeyd etdiyimiz kimi, ilk dəfə 1974-cü ildə mundialda iştirak hüququ qazanıb. Amma komandanın debütu uğursuz alınır və Avstraliya millisi üçün turnir elə qrup mərhələsində başa çatır. 1978-2002-ci illər aralığında seçmə mərhələni adlaya bilməyən Avstraliya millisi 2006-cı ildə tarixindəki ikinci dəfə dünya çempionatında iştirak hüququ qazanır. Qrup mərhələsini uğurla adlayan avtrsliyalıların yolunu 1/8 finalda gələcək dünya çempionu İtaliya millisi kəsir. Sonuncu mundialda qrupda qalan Avstraliya millisi son seçmə mərhələni uğurla adlayaraq, Braziliyaya yollanmaq şansı qazanır. Asiya zonasında B qrupunda yarışan Avstraliya millisi ikinci olmaqla, ötən il iyunun 18-də mundiala vəsiqəni rəsmiləşdirib.
UĞURSUZ PÜŞK VƏ TƏQVİM
Dünya çempionatının püşkatma mərasimindən öncə Asvtraliya millisi İran, Yaponiya, Cənubi Koreya, Kosta-Rika, Honduras, ABŞ və Meksika ilə birgə üçüncü səbətdə yer alırdı. Püşk Avstraliya üçün uğursuz alındı. Çünki komanda ən çətin qruplardan birinə düşdü. Təkcə onu qeyd edək ki, son dünya çempionatının hər iki finalçısı qrupda Avstraliyanın rəqibidir. İspaniya və Hollandiya ilə yanaşı, cari seçmə mərhələdə Cənubi Amerika zonasında özünü yaxşı tərəfdən göstərən Çili millisi də olduqca güclü rəqibdir. Məhz bu cür komandalarla bir qrupda yer aldığı üçün əksər mütəxəssislər Avstraliyanın turnirlə yenidən qrup mərhələsində vidalaşacağını proqnozlaşdırır.
Avstraliya millisi turnirdə ilk oyununu Çiliyə qarşı keçirəcək. İyunun 13-də baş tutacaq matç “Arena Pantanal”da baş tutacaq. İyunun 18-də isə möhtəşəm “Marakana” stadionunda Avtsraliya millisi son dünya və Avropa çempionu İspaniyanı sınağa çəkəcək. İyunun 23-də “Arena Korintians”da baş tutacaq son matçda isə komanda Hollandiya ilə üz-üzə gələcək.
Avstraliya millisi sensasiyaya imza ataraq, çətin qrupdan play-offa adlamağı bacarsa, o zaman 1/8 finalda Braziliya, Xorvatiya, Meksika və Kamerunun yer aldığı A qrupundan mübarizəni davam etdirəcək 2 komandadan biri ilə görüşəcək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
08.11.2026
07.11.2026
06.11.2026
























