18 May 2026, Bazar ertəsi
Aleksandr Ramalinqomun yubiley qolu
Abubakar “Bursaspor”a keçir?
“Uşaqlar maksimumunu ortaya qoydu”
"Neftçi" və "Zirə" qalib gəldi

Xarici futbol

Subaşiç və komandası Superliqaya yüksəlmək şansını itirdi

Türkiyə birinci liqasında play-off matçları davam edir. Futbolxeber.az-ın məlumatına görə, Superliqaya yüksəlmək üçün yarımfinal mərhələsinin cavab matçına çıxan “Orduspor” öz meydanında “Mersin İdmanyurdu”nu sınağa çəkib. Millimizin sabiq hücumçusu Branimir Subaşiç meydana start heyətində çıxıb və görüşü əvəzolunmadan keçirib. Subaşiç hətta 87-ci dəqiqədə matçın qəhrəmanı olmaq şansı da qazanıb. Lakin millimizin keçmiş forvardı Ufukhan Bayraktarın sağ cinahdan ötürdüyü topa - əlverişli mövqedə olmasına baxmayaraq, dəqiq zərbə endirə bilməyib. Bütün oyunu hücumda keçirən “Orduspor” heç cür lazım qolu vura bilməməklə yanaşı, hakimin görüşə əlavə etdiyi 7-ci dəqiqədə qapısında görməklə ilk oyunda (1:2) olduğu kimi yenə də meydandan yenilgi ilə ayrılıb və bununla da Ordu təmsilçisi Superliqaya yüksəlmək şansını itirib. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31