Xarici futbol
Paolo Maldini: “Milan”ı bu cür vəziyyətdə görəndə ürəyim ağrıyır” (Müsahibə)
“Milan”ın canlı əfsanəsi Paolo Maldini “La Gazetta Della Sport”a müshaibə verib. Futbolxeber.az həmin müsahibəni ixtisarlarla təqdim edir:
“İNDİ “MİLAN”IN DAĞILMASINI GÖRƏNDƏ AĞLIMI İTİRİRƏM”
- Paolo, “Milan”ın bazar günü “Parma”ya qarşı keçirdiyi son oyunu izlədiniz?
- Bəli, izlədim. Son 2 ildə “Milan”ın demək olar ki, bütün matçlarına baxmışam. Daxilimdə gərginlik və məyusluq var. Söhbət heç də nəticələrdən getmir. Bundan əvvəl də “Milan”ın 10-cu və ya 11-ci pillədə qərarlaşdığı vaxtlar olub. Söhbət komandanın hazırkı durumundan gedir. Komanda son 10 ildə çətinliklə qazandıqlarını asanlıqla itirir. Bu səbəbdən də çox məyusam. Komandanın qazandığı titullarda bir çox insanın böyük zəhməti olub. “Milan”ın bu qədər mükafata sahib çıxması heç də asanlıqla başa gəlməyib. İndi komandanın dağılmasını görəndə ağlımı itirirəm.
- Komandanın bu vəziyyətə düşməsinin səbəbini nədə görürsünüz?
- Əsas səbəb odur ki, xeyli sayda aparıcı futbolçu komandanı tərk etdi. Son 25 ildə “Milan”da qələbə ruhuna sahib xeyli sayda futbolçu olub. Bu gün onlardan hansı komandada çalışır? Demək olar ki, heç biri. Tarixi heyətdən yalnız Filippo Qalli qalıb. Hansı ki, gənclər sektorunun direktorudur. Bir də Tassotti. Eşitdiyimə görə, o da mövsümün sonunda komandadan ayrılacaq. Tassottinin gedişi reallaşarsa, bu, “Milan” üçün növbəti zərbə olacaq. Biz tariximizin daha bir parçasını itirəcəyik. “Bavariya” və “Real”a fikir verin. Komandanın rəmzləri indi klubun müxtəlif strukturlarında çalışırlar. Bu, çox mühüm məqamdır.
- Sizin bu sözlərinizin arxasında şəxsi marağın olduğunu zənn edəcəklər...
- Bilirəm. Amma mən özümü nəzərdə tutmuram. Heç kim düşünməsin ki, mən çörək yediyim boşqaba tüpürürəm. Belə deyil. “Milan”ı bu cür vəziyyətdə görəndə ürəyim ağrıyır. Oğlanlarım da “Milan”ın üzvüdürlər. Düzdür, biri hazırda icarə əsasında “Breşiya”da forma geyir. Mən indi də özümü “Milan”ın bir parçası hesab edirəm.
“PULSUZ BAŞA GƏLƏN HƏR OYUNÇUNU HEYƏTƏ QATMAQ DÜZGÜN DEYİL”
- Tiffozi kimi Barbara Berluskoni də uğursuzluğun əsas səbəbini “Milan”ın pulun düzgün xərcləməməsində görür. Bu fikirlə razısız?
- Klub açıq şəkildə bəyan etməlidir ki, məqsədi tam başqadır. Onsuz da son illər “Milan” açıq-aşkar “Yuventus”la rəqabət apara bilmir. Eləcə də komandanın adı daha Avropanın ən güclüləri arasında çəkilmir. Gələcəyin komandası qurulursa, “Milan”a uğur qazandıra biləcək futbolçular transfer olunmalıdır. Pulsuz başa gələn hər oyunçunu heyətə qatmaq düzgün deyil. Tam əminliklə deyirəm ki, “Milan”ın əsas problemi strukturdadır.
- Məsələn?
- “Milan”da çalışanların sayı çoxdur. Amma idman baxımından peşəkar kadr tapmaq çətindir. Qalliani əla menecerdi. Amma o, daim futbolçuları başa düşmək iqtidarında deyil. Hər şeylə yalnız o məşğul olur. Bu, düzgün deyil. Qallianinin reallaşdırdığı bütün transferlərin faydalı olması qeyri-mümkündü. O da insandır və səhvə yol verə bilər. Əvvəl Leonardo var idi. O, hansı futbolçunun “Milan”a daha çox fayda verəcəyini bilirdi. Leonardo klubdan ayrılarkən mənim həmin postu tutmağı istəyirdi. Amma Qalliani, “bu vəzifə keçmişdə qaldı” dedi. Başqa bir nümunə. Andrea Pirlo. Məşqçi klub rəhbərliyinə deyəndə ki, “Andrea futbolçu kimi tükənib. O, daha komandaya daha fayda verməyəcək”, kimsə çıxıb, “Bu, düzgün fikir deyil. Pirlo klubda forma geyməyə layiqdir və komandada qalmalıdır” deməliydi. Kimlərinsə səhvi ucbatından biz “Yuventus”a Pirlo kimi əfsanəvi futbolçunu hədiyyə etdik.
- Amma o da faktdır ki, Qallianinin rəhbərliyi altında “Milan” böyük uğurlar qazanıb.
- Mən Qallianinin gördüyü işə kögə salmaq fikrində deyiləm. Amma unutmaq lazım deyil ki, “Milan” uğur qazananda komandada xeyli yüksəksəviyyəli futbolçu vardı. Eləcə də onlar paltardəyişmə otağında vəziyyəti nəzarət altında saxlayırdılar. Kimsə yolunu azanda biz ona hər şeyi başa salırdıq.
“İNDİKİ VƏZİYYƏTDƏ “MİLAN”DA YALNIZ EHTİRAS QALIB”
- Qalliani komandada qalmalıdır, yoxsa getməli?
- Bunu mən müəyyənləşdirə bilmərəm. Amma şəxsi fikrim budur ki, insan ard-arda uğur qazandıqca bundan özünün daha böyük apaya sahib olduğunu düşünür. Uğur qazanmaq üçün yeni ideyalara, yeni layihələrə və ehtirasa ehtiyac var. İndiki vəziyyətdə isə “Milan”da yalnız ehtiras qalıb. Bununla da uğur qazanmaq qeyri-mümkündü.
- Barbara “Milan”ı idarə etməyə qadirdi?
- Bilmirəm. Bu, onun ətrafına kimləri toplayacağından asılıdır. Onun futbol və oyunçular sahəsində ekspert olduğunu söyləmək çətindir.
- Bir müddət əvvəl komAndaya qayıdacağınız deyilsə də, təyinatınız baş tutmadı. Nə baş verdi?
- 2 dəfə Barbara ilə görüşdüm. O bildirdi ki, məni komandada görmək istəyir. Qallianinin səlahiyyətləri azalacaq və həmin işləri mən görəcəyəm. Amma sonradan onlardan zəng gəlmədi.
“ZEEDORFU UĞURSUZLUĞA GÖRƏ GÜNAHLANDIRMAQ DÜZGÜN DEYİL”
- Zeedorf “Milan”ı çətin vəziyyətdən çıxara biləcək?
- Aydın məsələdir ki, onun məşqçi kimi təcrübəsi yoxdur. Əvəzində çox cəsarətlidi. Amma onu da unutmaq olmaz ki, indiki durumdan “Milan”ın çıxarılması çox çətindir. Zeedorfu uğursuzluğa görə günahlandırmaq düzgün deyil. Seçim imkanım olsaydı, mən daha təcrübəli məşqçi ilə anlaşardım. Onsuz da cari mövsüm heçə verilib. İndi gələcək mövsümə uğurla başlamaq əsas hədəfdir. Belə vəziyyətdə Zeedorf “yana” da bilər.
- Bəs, Alleqrinin taleyi sizin əlinizdə olsaydı, onu qovardınız?
- Komandanın turnir cədvəlindəki mövqeyi həqiqətən də dəhşətli idi. Amma belə vəziyyətlərdə yeni məşqçinin əvvəlkindən daha faydalı olacağına mən heç vaxt inanmamışam.
- İnzagi gələcəkdə “Milan” üçün uğurlu baş məşqçi ola bilər?
- İnzagi artıq iki ildir gənclərlə çalışır. Bu, çox mühüm faktordur. Amma onu da unutmaq lazım deyil ki, təcrübəli və təcrübəsiz olmasından asılı olmayaraq, ilk növbədə məşqçinin əlinin altında yaxşı futbolçular olmalıdır. Kapello və Sakki məhz güclü oyunçuların sayəsində böyük uğurlara imza atıblar.
“BALOTELLİ HAZIRDA “YUVENTUS”DA OYNASAYDI, DAHA BÖYÜK UĞURLAR QAZANARDI”
- 1996-1998-ci ilə aralığında “Milan” mövsümü əvvəlcə 11-ci, daha sonra 10-cu pillədə başa vurdu. Amma 1999-cu ildə komanda Skudettoya sahib çıxdı. Yenidən həmin uğurun təkrarlanması mümkündür?
- O komanda ilə indiki “Milan” arasından fərq çox böyükdür. Yeni komanda qurulmalıdır. 2007-ci ildə biz Çempionlar Liqasını qazandıq. Finaldan sonra Qallianiyə yaxınlaşıb dedim ki, gələcəkdə də Avropanın ən güclüsü olmaq üçün müəyyən işlər görülməlidir. Amma o, dediklərimi heçə saydı. İbrahimoviç və Tiaqo Silvanın satılması “Milan”ın fiaskosunun əsasını qoydu.
- Balotelli - sizə elə gəlmir ki, onun bacarığı çox şişirdilir?
- Balotelli yaxşı futbolçudur. Amma o hələ çempion deyil. Bəzi hallarda o mənə Patonu xatırladır. Nə vaxtsa görsəz ki, Balotelli 90 dəqiqə ərzində komandanı çiyinlərində titullara doğru aparır - onda bilin ki, Balotelli əla futbolçudur. Məncə, Mario hazırda “Yuventus”da oynasaydı, daha böyük uğurlar qazanardı.
- Berluskoni klubdan çox uzaqlaşıb?
- Ən azından kənardan belə görünür. Mən tanıdığım Silvio Berluskoni klubla daha yaxından maraqlanırdı.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Nuriyev Macarıstan klubunda
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- “Qarabağ” Bikalyo üçün milyonluq təklifləri rədd edib
-
18:20
Elvindən Zubir paylaşımı: “Gözüm səni axtaracaq”
-
17:46
"Yuventus" müdafiəçi transfer etdi
-
17:09
"Qarabağ" Cəfərquliyevi itirdi
-
16:41
"Avropa çempionatında inamı doğruldub növbəti mərhələyə yüksəlmək istəyirik"
-
16:17
"İmişli"də ayrılıq
-
15:54
"Beşiktaş" və "Fənərbaxça" millimizin üzvləri ilə müqaviləni yenilədi
-
15:33
"Sumqayıt"ın kapitanı 5 ay sonra yaşıl meydanlara qayıdacaq
-
15:08
"Gəncə" onunla müqavilə imzaladı
-
14:45
"Tvente" ilə səfər oyunu üçün "Qarabağ" azarkeşlərinə 1500 yer ayrılıb
-
14:26
Cüdoçularımız İspaniya Supekubokunda 2 qızıl medal qazanıblar
-
13:52
PFL Zubirə təşəkkür etdi
-
13:31
“Sumqayıt”da 4-cü, Premyer Liqada 71-ci
-
13:19
"Neftçi" millinin üzvünü transfer edib
-
13:00
Ruan Renato 100-ə çatdı
-
12:37
Daha 3 boksçumuz Avropa çempionatında 1/4 finala yüksəlib
-
12:24
"Sumqayıt" üçün üzücü yubiley
-
12:03
“Neftçi”nin 25 il gözlədiyi start
-
11:48
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:15
Fransa Superkubokunu "Lans" qazandı VİDEO
-
10:56
Anje Mutsinzi: “Hər oyuna 3 xal üçün çıxacağıq”
-
10:22
“Tvente”nin baş məşqçisi “Qarabağ”la oyunlardan danışdı
-
10:09
Rüfət Abdullazadənin komandası finaldan kənarda qaldı
-
09:51
AFFA öz ampluasında: Millinin 0:13 hesablı məğlubiyyəti gizlədilir
-
09:34
Nəriman Axundzadə Superliqada debüt etdi
-
09:17
"Zirə" "Şəfa"ya şans tanımadı VİDEO
-
09:00
Azərbaycan 2027-ci ildə bədii gimnastika üzrə Dünya çempionatına ev sahibliyi edəcək
-
08:45
"Qarabağ" "Şamaxı"ya qarşı
-
23:52
Rəşad Sadıqovdan qələbə şərhi
-
22:54
"Neftçi" və "Zirə" qələbə qazandı
-
22:47
"Sumqayıt" - "Neftçi" matçında 4 qol VİDEO
-
22:11
Filipe Kandido: “Sumqayıt”a nələrisə bəhanə etmək üçün gəlməmişəm”
-
21:35
Vernidub: “Pulu öz əziyyəti ilə qazanmağı üstün tutanları gətirmək arzusundayıq”
-
20:00
“Zirə” - “Şəfa”: Heyətlər
-
19:28
Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
-
19:19
“Sabah” və “Qarabağ”ın oyunları təxirə salındı
-
18:56
“Tvente” “Qarabağ”dan oyundan öncə qələbə qazandı
-
18:33
Millimizin futbolçuları Türkiyə klubu ilə müqaviləni yenilədi
-
18:07
“Sumqayıt” - “Neftçi”: Heyətlər açıqlandı
-
17:25
"Sabah" - "Hapoel" oyununun biletləri satışa çıxarıldı
-
15:12
Zubirdən vida mesajı: “İnanılmaz sevgiyə görə təşəkkür edirəm”
-
14:44
İki boksçumuz Avropa çempionatının 1/4 finalında
-
14:31
Azərbaycanda BCF-nin 150-ci məşqçilik proqramının iştirakçılarına sertifikatlar verilib
-
14:00
Zubir “Qarabağ”dan getdi
-
13:29
Duran "Seltik"də ilk rəsmi qolunu vurdu
-
12:18
Şose velosipedi üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
-
11:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:37
"Hapoel Beer-Şeva" "Sabah"la oyundan əvvəl darmadağın oldu VİDEO
-
11:03
"Ayaks"ın vingeri PSJ-yə keçdi
-
10:45
Salah debüt etdi, "Trabzonspor" büdrədi VİDEO
-
10:22
Millimizin üzvü Macarıstan qol hesabını açdı
17.08.2026
16.08.2026
























