Layihə
Nəhs tur: Hər şey “Araz” üçün

Futbolxeber.az saytı qalib olduğu AFFA yanında Media Komitəsinin “Futzal” layihəsi çərçivəsində yazılarını davam etdirir. Layihəmizin bu dəfəki yazısı ölkə çempionatının 13-cü turuna həsr olunub.
Dekabrın 22-də Yüksək Liqada XIII turun oyunları keçirildi. 3 qarşılaşmada qapılara 27 qol vuruldu ki, bu da orta hesabla hər oyuna 9 top deməkdir. Turun ən məhsuldar komandası “FK.İD.Futsal” oldu. Rəfael Abdulovun komandası “Yasamal”la matçda rəqib qapısından 10 qol keçirdi. Ən etibarlı müdafiə xətti ilə “Araz” seçildi. Son çempion turun mərkəzi görüşündə qapısında cəmi 1 qol gördü. İlk dövrədən fərqli olaraq, Naxçıvan klubu bu dəfə “Neftçi” ilə görüşü itkisiz başa vurdu. Bu qələbə sayəsində “Araz” həm də addım-addım növbəti çempionluğa yaxınlaşdığını göstərdi...
1 HİSSƏLİK “YASAMAL”
Rüfət Hüseynovun gəlişindən sonra daha yaxşı təsir bağışlayan “Yasamal” debütant “FK.İD.Futsal”la görüşürdü. Son zamanlar oyunçu azlığından əziyyət çəkən “Yasamal” bu görüşdə Mortoza Cahandostun da xidmətindən məhrum idi.
Matça gözlənildiyi kimi, “FK.İD.Futsal” fəal başladı. İlk dəqiqələrdə “Yasamal”ın qapıçısı səhvsiz oynasa da, o, rəqib həmləsi qarşısında cəmi 5 dəqiqə duruş gətirdi. Elşən İbrahimxəlilov “qol yağışı”nın əsasını 5-ci dəqiqədə qoydu. “FK.İD.Futsal” qoldan sonra da hücumlarına ara vermirdi. Lakin növbəti qol “Yasamal”dan gəldi. Çoxlarının gözləmədiyi halda, 9-cu dəqiqədə Vladislav Vorobyov status-kvonu bərpa etdi. İlk yarının ikinci 10 dəqiqəsi daha maraqlı alındı. Belə ki, Bakı İdman Sarayına toplaşan azsaylı tamaşaçılar qarşılıqlı qollara şahidlik etdilər. Əvvəlcə Omir Oraz “Yasamal”ı hesabda önə keçirdi. Amma bu sevinc çox çəkmədi. Anar Ağayev imkan vermədi ki, “Yasamal”ın 50 saniyədən artıq hesabda üstün olsun. 14-cü dəqiqədə hesabda önə keçmək sırası yenidən “FK.İD.Futsal”a çatdı. Lakin bu da ilk yarıda vurulan son qol olmadı. Fasiləyə 70 saniyə qalmış Mohsin Hayatbini hesabı 3:3 etdi.
Azarkeşlər ikinci yarıda da oyunun qarşılıqlı hücumlar şəraitində keçəcəyini düşünsə də, gümanlar özünü doğrultmadı. Belə ki, fasilədən sonra meydanda yalnız 1 komanda vardı. Sanki bütün planlaşdırdıqlarını həyata keçirən “FK.İD.Futsal” rəqib qapısından 7 qol keçirdi. Nə müdafiədə, nə də hücumda oyunu alınmayan “Yasamal” yekunda meydandan 3:10 hesablı yenilgi ilə ayrıldı. Bu qələbə sayəsində xallarının sayını 15-ə çatdıran “FK.İD.Futsal” topların fərqində “Neftçi”ni geridə qoymaqla turnir cədvəlində IV pilləyə yüksəldi. “Yasamal” isə 11-ci oyunda 9-cu məğlubiyyətini aldı.
“NEFTÇİ” BU DƏFƏ BACARMADI
Turun mərkəzi oyununda “Araz” “Neftçi” ilə üz-üzə gəlirdi. Bu görüşə maraq kifayət qədər böyük idi. Çünki buna qədər keçirilən turlar ərzində çempion yalnız 1 dəfə meydanı qələbəsiz tərk etmişdi. Həmin görüş də məhz “Neftçi” ilə ilk dövrədəki matça təsadüf edirdi. “Araz”ın bu dəfə iddialı rəqibi qarşısında hansı nəticəyə imza atacağı maraqla gözlənilirdi. Özü də Naxçıvan klubu vacib matça baş məşqçi Joze Alesiosuz çıxmışdı. Braziliyalı mütəxəssis vətəninə yollandığından komandasını meydana köməkçi-məşqçi Ağakərim Həsənov çıxarmışdı. Eləcə də Qabriel zədəli olduğu üçün “Araz”a kömək edə bilmirdi.
Buna baxmayaraq, matç elə “Araz”ın hücumları ilə başladı. Naxçıvan klubu elə ilk hücumdaca hesabı aça bilərdi. Gəl ki, azacıq dəqiqlik Thiaqonun erkən qol vurmasına mane oldu. Ancaq çox keçmədən Karvalho dos Santos “Araz”ı hesabda önə keçirdi. 8-ci dəqiqədə “Araz” ikinci qolu vurmağa yaxın olsa da, Eduardonun zərbəsi dəqiq olmadı. Əvəzində 13-cü dəqiqədə dos Santos özünün və komandasının ikinci qolunu vurdu. Bundan sonra matçın sonuna 1 hissədən çox vaxt qalsa da, “Araz”ın qələbəsi şübhə doğurmurdu. Həm 2 topluq üstünlük, həm də meydandakı gedişat bunu deməyə əsas verirdi.
Fasilədən sonra bir müddət “Neftçi” üstün görünürdü. Tural Qurbanov fərqi minimuma endirməyə yaxın olsa, istəyinə çata bilmədi. Əvəzində “Araz” üçüncü qolu vurmaqla görüşün qalan dəqiqələrini formallığa çevirdi. Son 14 dəqiqədə “Neftçi”nin gücü yalnız təsəlli qoluna çatdı. Beləliklə, əsas rəqiblərindən biri üzərində vacib qələbə qazanan “Araz” çempionluq yolunda daha bir mühüm addım atdı.
“EKOL” ÇƏTİNLİK ÇƏKMƏDƏN QALİB GƏLDİ
Turun son matçında ilk üçlükdə qərarlaşmağı hədəfləyən “Ekol” autsayder “Xəmsə”ni qəbul edirdi. Keçirdiyi 11 oyunda cəmi 2 heç-heçəyə nail olan “Xəmsə”nin “Araz” və “Marafon”un izləyəcəsini dayandıracağı inandırıcı görünmürdü. Belə də oldu.”Xəmsə” rəqibi qarşısında cəmi 3 dəqiqə 30 saniyə duruş gətirdi. Əvvəlcə Əsgər Abbasov hesabı açdı. Daha sonra Sərxan Məsliyev “Ekol”un ikinci qolunu vurdu. Komandanın aparıcı üzvü Namiq Məmmədkərimov 9-cu dəqiqədə hesab arasındakı üstünlüyü 3 topa çatdırdı. İlk yarının qalan dəqiqələrində daha 2 qol vuran “Ekol” fasiləyə 5:0-lıq üstünlüklə yollandı.
İkinci hissədə nisbətən fəallaşan “Xəmsə” 3 qol vurmağa müvəffəq oldu. “Ekol”dan isə Namiq Məmmədkərimov və Samir Həmzəyev dubl etməklə görüşün yekun nəticəsini müəyyənləşdirdilər. 7:3 hesabı ilə qalib gələn “Ekol” “Neftçi”nin məğlubiyyətindən sonra qış fasiləsinə üçüncü pillədə yollanmağı təmin etdi.
“BİRİNCİ HİSSƏDƏ ÇƏTİNLİK ÇƏKDİK”
“FK.İD.Futsal”ın əsas oyunçularından olan Nihad İsmayılov komandasının “Yasamal” üzərindəki qələbəsini şərh edib. Gənc oyunçu deyib:
“Birinci dövrədə də “Yasamal”la oyunda 10:3 hesabı ilə qalib gəlmişdik. Bu dəfə birinci hissədə çətinlik çəkdik. Rəqibin müqaviməti ilə üzləşdik. Amma fasilədən sonra erkən qol vurmağımız bəhrəsini verdi. “Yasamal” zəif deyil. Əzmkar, mübariz komandadı. Sona qədər bacardıqları qədər müqavimət göstərdilər. Məncə, oyunun taleyini ikinci hissəinin başlanğıcında vurduğumuz erkən qollar həll etdi”.
Nihad İsmayılov cari mövsümün əvvəlki illərlə müqayisədə daha maraqlı olduğunu bildirib:
“Çempionatın səviyyəsi yüksəlib. İndi komandalar bir-birinə qarşı layiqli mübarizə aparırlar. Əvvəlki illərdə meydana çıxanda bilirdin ki, bu rəqibi asanlıqla yenəcəksən. İndi bunu müəyyənləşdirmək mümkün deyil. Bu da çempionatın səviyyəsinin qalxması ilə bağlıdı. Komandalar heyətlərinə əl gəzdiriblər, autsayder belə asan təslim olmur. Əvvəlcədən rahat, asan udub-udmayacağını bilmirsən. Həm də hər rəqibin öz oyun üslubu var. Məşqçilər də rəngarənglik qatıb oyunlara”.
“NEFTÇİ” ÜZƏRİNDƏ QƏLƏBƏ BİZİM ÜÇÜN ÇOX VACİB İDİ”
“Araz”ın “Neftçi” üzərindəki qələbəsində İsa Atayevin də rolu oldu. Gənc oyunçu komandasının üçüncü qolunu vurmaqla 3 xalda pay sahibi oldu. Atayev komandasının qələbəsini belə şərh edib:
“İlk dövrədə “Neftçi” ilə oyunda xal itirmişdik. Ona görə də budəfəki qarşılaşma bizim üçün çox vacib idi. Qələbə qazanmağı çox istəyirdik. Görüşə ciddi hazırlaşmışdıq. Düzdür, baş məşqçimiz komandanın yanında deyildi. Bu məqam da məsuliyyətimizi artırırdı. “Neftçi” zəif rəqib deyil. Onlar da qələbə qazanmaq, ən azı ilk dövrədəki nəticənin təsadüf olmadığını sübuta yetirməyə çalışırdılar. Qələbə qazanmaqda ilk yarıda vurduğumuz qolların böyük rolu oldu. Üstəlik, hesabda önə keçdikdən sonra da hücumlara ara vermədik”.
İsa Atayev bildirib ki, indidən çempionluq haqda danışmaq tezdir: “Düzdür, ardıcıl qələbə qazanmaqla turnir cədvəlində mövqeyimizi xeyli yaxşılaşdırmışıq. Amma indidən çempionluq barədə danışmaq olmaz. Hələ qarşıda 2 dövrə var. “Marafon”, “Ekol” və “Neftçi” heç də zəif deyillər. Onlar qarşıdakı turlarda daha layiqli müqavimət göstərəcəklər. Təbii ki, məqsədimiz çempionluqdur. Amma bir an da olsun sayıqlığı əldən vermək olmaz. Avrokuboklarda bunun acısını çəkdik”.
"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Millət vəkili: “Lerik” kimi komandaların yaradılması futbolun inkişafına təkan olacaq”
- Renat Dadaşov “Hatayspor”da
- “Dərhal həmin səhvi düzəltdim, heç üstündən 1 saniyə də keçmədi”
- Şahruddin Türkiyə klubuna transfer olundu
- “Onun kimi şəxsləri də qane edəcək işlər görə biliriksə, deməli...”
- Yaşar Seyidov: “Bu qələbənin dadı çox şirindi”
- UEFA-dan AFFA-ya 5
- Fariz Nəcəfov: “PFL bunu özü düşünməli idi” (MÜSAHİBƏ)
- “Dünənki oyun mənim üçün “Nou Kamp”da izlədiyim El Klasikodan daha maraqlı idi”
- Cavid Hüseynov: “Qələbəyə layiq idik”
- İordaniya millisinin üzvü Bakıda zəlzələ qurbanlarına hörmətsizlik etdi
- “Qarabağ” Avropa kubokunda “Zəngəzur” adı ilə çıxış edəcək”
- "Qarabağ"ın Avropaliqadakı oyunlarının təqvimi müəyyənləşib
- Veton Berişa: “Bizdən daha yaxşı oynayan komandaya uduzduq”
- “Ayın qolu”nun müəllifi: “Mənə deyir ki, “moşennik”, harda qonaqlıq verəcəksən bizə?”
-
17:54
"Qəbələ" "Kəpəz"i sonuncu pilləyə göndərdi (YENİLƏNİR)
-
15:18
“Kəpəz” - “Qəbələ”: Heyətlər açıqlandı
-
14:56
Rüfət Dadaşovdan het-trik
-
13:39
Krivotsyukun komandasından səfərdə heç-heçə
-
11:05
“Araz-Naxçıvan”dan ikinci, “Yasamal Bakı” və “Baku Fire”dən ilk qələbə
-
10:42
"Qalatasaray"dan əzmkar qələbə VİDEO
-
10:27
Rövşən Hüseynli: “Qazaxıstandan əliboş gəlməmişəm”
-
09:54
"Qarabağ"ın rəqibindən böyükhesablı qələbə
-
09:13
"Qəbələ" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq
-
09:00
FİDE reytinqi: Şəriyar gerilədi, Teymur yerində saydı
-
21:24
Şahin Diniyev: "Ofsayddan söhbət gedə bilməzdi"
-
20:23
"Səbail" qələbəyə yaxın olsa da... VİDEO
-
19:56
"Neftçi" Tovuzdan 3 xalla qayıtdı, "Sabail"dən heç-heçə
-
19:17
Musa Qurbanlı oynadı, "Yurqorden" qalib gəldi
-
19:08
"Neftçi"dən çətin səfər qələbəsi VİDEO
-
18:44
Ayxan Abbasov: “Səhvlərimizdən nəticə çıxarmalıyıq”
-
18:25
Adrian Mutu: “Layiqli qələbə qazandıq”
-
17:30
Bayılda heyətlər müəyyənləşdi
-
16:42
Həsənalızadə oynadı, komandası heç-heçə etdi
-
16:07
"Qarabağ" azarkeşlərə müraciət etdi
-
15:21
"Turan Tovuz" - "Neftçi": Heyətlər açıqlandı
-
14:19
Ramil Şeydayev Yaponiyaya yollandı
-
13:55
"Neftçi"də zədəli futbolçuların son durumu açıqlandı
-
13:04
"Karvan"dan növbəti 3 xal VİDEO
-
12:48
Vüqar Mustafayev: “Keçənilki kimi “dib”i görmək istəmirik”
-
11:39
"Borussiya" səfərdən qələbə ilə qayıtdı VİDEO
-
10:16
Ozan Canın komandasından heç-heçə
-
09:57
"Barselona" 3 xalı avtoqolla qazandı VİDEO
-
09:23
Diniyevin komandası xalsız qaldı
-
23:02
"Qarabağ"dan 5 cavabsız qol VİDEO
-
22:38
“Qarabağ”ın məşqçisi: “Qurban Qurbanovsuz çətindir”
-
22:19
Seymur Rəhimov: “Qarabağ”a qarşı hansı heyətlə oynayırsan oyna, yenə də çətin olacaq”
-
21:54
“Qarabağ”fan 27 dəqiqəyə 5 qol
-
21:41
"Mingəçevir"dən səfər qələbəsi VİDEO
-
19:23
"Səbail"də yeni müqavilə imzalandı
-
19:04
"Qarabağ" - "Sumqayıt": Heyətlər açıqlandı
-
18:26
Azərbaycan millisi ilə oyun üçün heyət açıqlandı
-
17:58
I Liqada 3-cü tura yekun vuruldu
-
17:45
Beynəlxalq Atletlər Forumunda Azərbaycanı Rüstəm Orucov təmsil edəcək
-
17:16
"Qəbələ" ilə matça da xal üçün çıxacağıq"
-
16:39
Mahir Emreli: "Bu oyunu səbirsizliklə gözləyirəm"
-
15:57
"Cəbrayıl"a texniki məğlubiyyət verildi
-
15:20
“Turan Tovuz” - “Neftçi” oyununun biletləri satışda
-
15:03
Orxan Məmmədov “Zirə”nin məşqini ziyarət etdi
-
13:42
"Araz-Naxçıvan"ın futbolçusu: "Belə davam etsək, komandalara başağrısı olacağıq"
-
12:19
Bakıda inanılmaz uduş - 1 manat 48 min manat
-
11:51
UEFA-dan "Qarabağ"ın kapitanına təbrik
-
10:25
Sayef: "Bu, "Turan Tovuz"a qarşı oynayan hər komanda üçün problemdir"
-
10:04
"Araz-Naxçıvan" və "Turan Tovuz"un futbolçuları Moldova millisində
-
09:45
Azərbaycan taekvondoçuları Cənubi Koreyada hazırlıq keçir
01.10.2023
30.09.2023
29.09.2023
Arxiv
Oktyabr 2023 |
B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
01 | ||||||
02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |