10 Iyun 2026, Çərşənbə
Millimiz San Marinonu məğlub etdi
"Turan Tovuz"dan ilk transfer
U-20 yığmamız Pakistana qalib gəldi
U-17 millimiz Qazaxıstana uduzdu

Ölkə futbolu

Xankəndi stadionunda təmir-bərpa işləri intensivləşib

Xankəndi stadionunda təmir-bərpa işləri intensivləşib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

III MDB Oyunlarına hazırlıq prosesi ərəfəsində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında tikinti prosesi sürətləndirilib. Stadionun tikintisinin bu ilin sentyabrına qədər başa çatdırılması nəzərdə tutulur.

15 min tamaşaçı tutumuna malik olan Xankəndi stadionu 1956-cı ildə istifadəyə verilib. Sovet dövründə Ağdamın "Qarabağ" klubu ev oyunlarını bu arenada keçirib. Stadionda futbolçular üçün paltardəyişmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar nəzərdə tutulub. Eyni zamanda, layihəyə əsasən stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılacaq.

Qeyd edək ki, III MDB Oyunlarının kamandan oxatma yarışlarının sentyabrda Xankəndi şəhər stadionunda keçirilməsi nəzərdə tutulur.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30