17 Noyabr 2025, Bazar ertəsi
Didye Deşamdan qələbə şərhi
Millimiz Fransaya uduzdu
U-19 millimiz yenə məğlub oldu
“Hücum etməyə çalışacağıq”

Digər idman növləri

Millimizdən 3 gümüş, 3 bürünc medal

Türkiyənin Antalya şəhərində keçirilən gənclər (U20) arasında "Çempionlar" turnirinə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, son yarış günündə 63, 82, və 130 kq-da yer alan yunan-Roma güləşçilərimiz mübarizə aparıblar.

İlk və ikinci gündə olduğu kimi, sonuncu gündə də yığmamız aktivinə 1 gümüş və 1 bürünc medal yazdırıb. Tural Əhmədov (63 kq) ikinci, Elmin Əliyev (82 kq) isə üçüncü yeri tutub.

Yekunda millimiz ənənəvi turniri 6 (3 gümüş, 3 bürünc) medalla başa vurub. Öncəki günlərdə Turan Daşdəmirovla (55 kq) Ayxan Cavadov (60 kq) gümüş, Vədat Qasımlı (60 kq) və İsmayıl Rzayev (97 kq) isə bürünc medal əldə ediblər.

Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında Antalyaya yollanan yığmamız 122 xalla komanda hesabında 2-ci yeri tutub. İran (128) birinci, Qırğızıstan (115) isə üçüncü olub.

Qeyd edək ki, "Çempionlar" turnirində II dərəcəli beynəlxalq hakimlər Xəyal Əliyev və Kamran Baxışov ədaləti qoruyub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30