29 Noyabr 2026, Bazar günü
"Qarabağ" "Sumqayıt"ı məğlub etdi
Kurban Berdıyevdən qələbə şərhi
Mahir Polşada növbəti qolunu vurdu
“Neftçi” "Zirə”ni məğlub etdi

Digər idman növləri

Azərbaycan kayakçı və kanoeçiləri beynəlxalq yarışda 4 medal qazanıblar

Gürcüstanda təşkil olunan kayak və kanoe üzrə beynəlxalq reqatada Azərbaycan idmançıları 4 medal qazanıblar.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Su İdmanı Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Mtsxeta şəhərində keçirilən yarışda kanoeçilər Rüstəm Əsgərov və Fəxri Sadıqlı ikinəfərlik qayıqda 200 metr məsafədə bürünc medala sahib olublar.

Kayak növündə Yunus Əhmədov təknəfərlik qayıqda, eləcə də gürcüstanlı idmançı ilə birgə ikinəfərlik qayıqda 200 metr məsafədə gümüş medala layiq görülüb.

Eyni kateqoriyada, müxtəlif yaş qrupları üzrə Sənan Cəfərzadə – Tahir Mövsümov cütü də ikinci pilləni tutub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30