8 Noyabr 2026, Bazar günü
Azərbaycan Zəfər Gününü qeyd edir
Sadıqov: "Önəmli 3 xal qazandıq"
Yeton Bekiri: “Zamanımız var"
“Zirə” “Qəbələ”yə qalib gəldi

Digər idman növləri

Rassel: “Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik”

“Bu, həzz aldığım və kifayət qədər çətin trasdır. Yüksəksürətli döngələr maşınımıza çox uyğundur. Hava şəraitinin də müəyyən təsiri olacaq. Amma buranı sevirəm və ümumilikdə yaxşı trasdır”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Mercedes” komandasının pilotu Corc Rassel Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi öncəsi təşkil olunmuş mətbuat konfransında deyib.

O, son yarışlardakı çıxışlarından daha çox razı qaldığını vurğulayıb: “Madriddə çox yaxşı yarış tempimiz və güclü performansımız var idi. Təəssüf ki, texniki problem yaşadıq. Bu, məyusedici oldu, çünki podiuma yüksələ bilərdik. Bakı trası bizim maşınımıza Madrid trasından bir qədər daha çox uyğun gəlir. Ona görə də burada daha yaxşı nəticə gözləyirəm. Bu il bolidin və təkərlərin fərqli olması ilə bağlı müəyyən çətinliklər yaşadıq. Komanda olaraq nələrin işlədiyini müəyyənləşdirmək bizim üçün vacib idi. Düşünürəm ki, yaxşı irəliləyiş əldə etmişik və burada qələbə uğrunda mübarizə apara biləcəyimizə inanıram”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30