8 Noyabr 2026, Bazar günü
Azərbaycan Zəfər Gününü qeyd edir
Sadıqov: "Önəmli 3 xal qazandıq"
Yeton Bekiri: “Zamanımız var"
“Zirə” “Qəbələ”yə qalib gəldi

Digər idman növləri

Avropa çempionatı: Daha 3 boksçumuz yarımfinalda

Azərbaycanın daha üç boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, Sübhan Mamedov (50 kq) 1/4 finalda İştvan Szaka (Macarıstan) ilə döyüşüb. Dünya çempionu rəqibini 3:2 (28:29, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib. O, bu gün yarımfinalda Samet Gümüşlə (Türkiyə) üz-üzə gələcək.

Amin Məmmədzadə (55 kq) də uğurlu seriyanı davam etdirib. O, Billal Bennamadan (Fransa) güclü olub - 3:2 (28:29, 28:29, 30:27, 30:27, 29:28). Milli üzvü sabah yarımfinalda Vyaçeslav Roqozinlə (Rusiya) qarşılaşacaq.

Məhəmməd Abdullayev (+90 kq) də rinqdən qalib ayrılıb. Dünya Kubokunun qalibi Omar Şihanı (Norveç) mübarizədən kənarlaşdırıb - 3:2 (28:29, 29:28, 30:27, 28:29, 29:28). Abdullayev bu gün yarımfinalda Damar Tomasla (İngiltərə) münasibətlərə aydınlıq gətirəcək.

Bu gün həmçinin Nəbi İsgəndərov (70 kq) yarımfinalda Con MakKonnelli (İrlandiya), Səidcəmşid Cəfərov (75 kq) 1/4 finalda Kevin Skottu (İsveç) sınağa çəkəcək.

Yarımfinala yüksələn 4 boksçu özləri üçün azı bürünc medalı təmin edib.

Qeyd edək ki, yarışa sentyabrın 25-də yekun vurulacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30