1 Noyabr 2026, Bazar günü
Yuri Vernidubdan qələbə şərhi
“Neftçi” liderliyi ələ keçirdi
Bekiri: "1 xal qazanmağa layiq idik"
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”

Digər idman növləri

"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb

Oktyabrın 11-18-i aralığında keçiriləcək "Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

Yarışın mükafat fondu 24 810 manat olacaq.

Gəncə İdman Sarayında təşkil olunacaq turnir dörd qrup üzrə baş tutacaq.

A qrupunda 1900 və yuxarı şahmatçılar, B qrupunda 1899 və aşağı reytinqli şahmatçılar mübarizə aparacaqlar. Həmçinin rapid və blits yarışları da gerçəkləşəcək.

A qrupunda mükafat fondu 16 700, B qrupunda 5 810, rapid və blitsdə isə 1 150 manat olacaq.

A və B qruplarının qaliblərinə xüsusi kubok təqdim olunacaq. Müxtəlif yaş, qadın və reytinq kateqoriyaları üzrə də xüsusi mükafatlar nəzərdə tutulub.

Xatırladaq ki, festival Azərbaycan Şahmat Federasiyasının "Chess Tour Azerbaijan" layihəsi çərçivəsində təşkil olunur. Layihənin məqsədi ölkənin müxtəlif şəhərlərində beynəlxalq şahmat turnirlərinin keçirilməsi, yerli şahmatçıların beynəlxalq təcrübəsinin artırılması və şahmatın regionlarda daha geniş təbliğidir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30