8 Sentyabr 2026, Çərşənbə axşamı
Koxalski “Qarabağ”dan rəsmən getdi
Akinyemi rəsmən “Neftçi”də
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi

Digər idman növləri

Azərbaycanın velosiped milliləri Gədəbəydə təlim-məşq toplanışına başlayıblar

Azərbaycanın Elit/U-23 və gənclərdən ibarət velosiped milliləri Gədəbəydə təlim-məşq toplanışına start veriblər.

Futbolxeber.az saytının Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, baş məşqçi Vladimir Buşanski və məşqçi Elçin Qasımovun rəhbərliyi altında keçirilən hazırlıq prosesi 12 gün davam edəcək.

Toplanışın əsas məqsədi velosipedçilərin fiziki və funksional hazırlığının artırılması və qarşıdakı beynəlxalq yarışlara hazırlıqdır.

Elit/U-23 milli komandaları avqustun 27-30-da Türkiyənin Samsun şəhərində keçiriləcək "Tour of Samsun" (2.2) və sentyabrın 3-6-da baş tutacaq "Tour of Istanbul" (2.1) yarışlarında iştirak edəcəklər.

Qeyd edək ki, Gədəbəydəki hazırlıq prosesi oktyabrda Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək şose velosipedi üzrə Avropa çempionatına hazırlıq baxımından da mühüm əhəmiyyət daşıyır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30