7 Noyabr 2026, Şənbə
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı

Digər idman növləri

Şəhriyar Məmmədyarov dünya reytinqində irəlilədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) avqust ayı üçün yenilənmiş reytinq cədvəlini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan şahmatçılarından ən yüksək pillədə Şəhriyar Məmmədyarov yer alıb. 41 yaşlı idmançı ötən ayla müqaviləsə bir pillə irəliləyib. 2723 xalı olan qrossmeyster 22-ci pillədə qərarlaşıb.

Teymur Rəcəbov 38-ci yerdədır. Onun aktivində 2689 xal var. 10 pillə irəliləyən Aydın Süleymanlı 47-ci yerdədir (2668).

Rauf Məmmədov hazırda 83-cü yerdədir (2639). O, mövqeyini bir pillə yaxşılaşdırıb. 20 pillə geriləyən Məhəmməd Muradlı isə 98-ci yerdədir (2630).

Qeyd edək ki, reytinq cədvəlinə norveçli Maqnus Karlsen başçılıq edir (2823). Fabiano Karuana (ABŞ) 2-ci (2792), Hikaru Nakamura (ABŞ) 3-cüdür (2792).

Qadınların reytinqində Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva 25-ci yerdədir (2440). Gövhər Beydullayeva 53-cü (2392), Xanım Balacayeva 81-ci (2356), Günay Məmmədzadə isə 89-cu (2351) sırada qərarlaşıb.

Qadınların reytinqində Çinli Hou Yifan (2596) yenə də liderlik edir. Onun həmyerliləri Lei Tingjie (2561) və Ju Wenjun (2553) müvafiq olaraq 2-ci və 3-cü yerləri tutublar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30