2 Noyabr 2026, Bazar ertəsi
“Neftçi” liderliyi ələ keçirdi
Yuri Vernidubdan qələbə şərhi
Bekiri: "1 xal qazanmağa layiq idik"
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”

Digər idman növləri

"Vugar Gashimov Open 2026" beynəlxalq şahmat turnirinin qalibləri məlum olub

"Azərbaycan Şahmat Turu" çərçivəsində təşkil olunan "Vugar Gashimov Open 2026" beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

Futbolxeber.az saytının Azərbaycan Şahmat Federasiyasına istinadən verdiyi məlumata görə, A qrupunda 7,5 xal toplayan Tunar Davudov yarışın qalibi adını qazanıb.

Eyni xala malik Loğman Quliyev əlavə göstəricilərə görə ikinci yeri tutub. Hesabında 7 xal olan Vüqar Manafov üçüncü pillədə qərarlaşıb.

Festival çərçivəsində rapid və blits yarışları da baş tutub. Rapiddə Murad İbrahimli, blitsdə isə Rüstəm Rüstəmov birinci olub.

Turnirin bağlanış mərasimində qalib və mükafatçılara medal, diplom və pul mükafatları təqdim edilib.

Qeyd edək ki, "Azərbaycan Şahmat Turu" çərçivəsində növbəti yarış sentyabrın 3-10-u aralığında keçiriləcək "Guba Open" olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30