2 Noyabr 2026, Bazar ertəsi
“Neftçi” liderliyi ələ keçirdi
Yuri Vernidubdan qələbə şərhi
Bekiri: "1 xal qazanmağa layiq idik"
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”

Digər idman növləri

Polşalı ekspert Bakıda gənc boks məşqçiləri üçün təlim keçəcək

Bakıda növbəti məşqçilik seminarı təşkil olunacaq.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Boks Federasiyasının dəstəyi ilə bu il ikinci dəfə baş tutacaq təlimlərə beynəlxalq boks dərsliyinin müəllifi, təcrübəli polşalı mütəxəssis Adam Kusior rəhbərlik edəcək.

O, Bakı Boks Mərkəzində əsasən yerli gənc məşqçilərə qaydalardakı dəyişikliklər, onların tətbiqi, məşq proseslərinin daha da təkmilləşdirilməsi ilə bağlı seminar keçəcək. Avqustun 3-9-da təşkil ediləcək təlimlər nəzəri və praktiki hissədən ibarət olacaq, ardınca məşqçi-müəllimlər imtahan verəcəklər.

Seminara 30-dək çalışdırıcı qatılacaq. İmtahandan uğurla keçən iştirakçılara sertifikatlar təqdim olunacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30